15 aprel 2023 13:33
498

Türkiyə səfiri İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

"Beynəlxalq idman tədbirində Azərbaycan bayrağına qarşı hücum qəbuledilməzdir".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı tviterdə yazıb.

O, ötən gün Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasını qınayıb: "Son günlərdə Ermənistanın nümayiş etdirdiyi davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə qarşı işgəncə də qəbuledilməzdir".