"Sudanda Azərbaycan vətəndaşlarının mövcudluğu barədə bizdə heç bir məlumat yoxdur".
“İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə Nazirliyə təxliyə üçün heç bir müraciət daxil olmadığını da vurğulayıb.
Xatırladaq ki, Sudanda ordusunun ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda azı 97 nəfər ölüb, yüzlərlə insan yaralanıb.