18 aprel 2023 12:30
339

Azərbaycan XİN Başlıbel qətliamı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel qətliamının 30-cu ildönümü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: “Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edir və regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”.