18 aprel 2023 12:40
358

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı bu barədə fikrini bildirib.

“Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, - Paşinyan qeyd edib.