18 aprel 2023 17:06
246

Nepomnyaşi şahmat tacı uğrunda dueldə yenidən hesabda önə keçib

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

“İki sahil” xəbər verir ki, yeddinci qarşılaşma Nepomnyaşinin qələbəsi ilə başa çatıb.

Ağ fiqurlarla mübarizə aparan 33 yaşlı qrossmeyster 37-ci gedişdə rəqibinə qalib gəlib.

Beləliklə, rusiyalı iti zəka sahibi ümumi hesabda önə keçib - 4:3.

Şahmatçılar arasındakı növbəti duel aprelin 20-də olacaq.