10 sentyabr 2024 14:11
185

Suares Uruqvay xalqına müraciət etdi

"İnter Mayami"nin hücumçusu Luis Suares Uruqvay millisindəki karyerasını başa vurması ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, Uruqvay xalqına müraciət edib:

"Bir neçə gündən sonra sizə cümə günü yaşadığım gözəl, bənzərsiz və xüsusi ana görə təşəkkür etmək üçün yaza bilərəm. Çünki bu anı ailəmlə birlikdə yaşaya bildim.

Bu, mənim sevdiklərimin, məni həqiqətən bir insan kimi tanıyanların əhatəsində yaşadığım mükəmməl vida idi.

Mənə göstərdiyi sevgi üçün bütün Uruqvay xalqına təşəkkür edirəm. Mən artıq Uruqvay millisinin oyunçusu deyiləm, amma həmişə azarkeş olacağam!”.

Qeyd edək ki, Luis Suares 2007-ci ilin fevralında 20 yaşında Uruqvay millisində debüt etmişdi. Ümumilikdə o, millinin heyətində 143 oyun keçirib, 69 qol vurub və 39 qolun ötürməsini verib. Suares 3 gün öncə millidəki karyerasını başa vurub.