Kinematoqrafçılığın inkişafı üçün mütləq qanunvericilik dəyişməlidir.
“İki sahil” xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda ssenarist, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib.
O bildirib ki, bu xüsusi sahə olduğuna görə, kinematoqraf qanunvericilikdə nəzərdə tutulan ümumi qaydalara riayət edə bilməz.
"Kinematoqrafiya sadəcə yaradıcılıq deyil, həm də istehsalatdır. İstehsalat isə bu gün Azərbaycandakı bazar mühiti ilə bağlıdır. Kinematoqrafçılar üçün birinci olan isə təbii ki, bədii prosesdir. Bunları isə təşkilatçılıq, idarəçilik məsələləri ilə uzlaşdıra bilər", - o qeyd edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub