“Müəllif-tamaşaçı ünsiyyətini qura bilmədiyimizdən ələbaxımlılıqdan xilas ola bilmirik”.
“İki sahil” xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, təsvir rejissoru Rafiq Quliyev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda "İdeologiya. Milli kino - dünən, bu gün və sabah" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkədə kino sənayesində durum çox da ürəkaçan deyil: “Çünki kino sənətinə münasibət fərqlidir. İstehsal və istehlak baxımından problemimiz var. Düzdür, filmlərimiz festivala çıxır və uğur da qazanır. Lakin müəllif tamaşaçı ünsiyyətini hələ də qura bilmirik. Bu da bizi ələbaxımlılığa alışdırır və yenə də asılı vəziyyətdə qalırıq. Ona görə də yayım məsələsinə xüsusi diqqət yetirilməlidir”.
R.Quliyev bildirib ki, təcrübəli kadrların yetişdirilməsinə ehtiyac var: “Bu gün gənclər ali məktəbi bitirsələr də, ancaq təcrübə bazaları yoxdur. Onlar çəkiliş meydançasında sınaqdan keçirilərək püxtələşirlər".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub