Müəyyən müddətlik Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa yaxşı olardı.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində "CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.
"Bizim kino sahəsində qarşılaşdığımız əsas problemlərdən biri də vergi məsələsidir. Buna görə, müəyyən müddətlik Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa, yaxşı olardı. Bu barədə öz təkliflərimizi də vermişik", - deyə o qeyd edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub