Tenderlər kino sahəsindəki yaradıcı insanlara maneə olur.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində kinorejissor Emil Quliyev deyib. O, çıxışı zamanı tenderlərin və əlavə dəyər vergisinin müəyyən bir müddətlik ləğv olunması ilə bağlı fikirlərə dəstək verib:
"Heç kəsə sirr deyil ki, yaradıcı insanlar tez alışıb, tez sönən olur. Onlarda bir fikir yarandısa, onu icra etmək üçün can atırlar. Lakin tender məsələsi bir çox hallarda maneə olur, yubanma yaradır".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub