Aprelin 24-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor və ssenarist İsmayıl Səfərəlinin "Balıqçının qızı" tammetrajlı debüt filminin premyerası olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə YARAT-dan bildirilib.
“Filmin prodüseri Mariya İbrahimovadır. Film Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirə keçiriləcək. Ekran əsəri 1 saat 28 dəqiqədir. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayiş olunacaq”, - deyə film haqqında məlumat verilib.
Qeyd edək ki, ekran əsərinə baxmaq istəyənlər https://forms.gle/NXwNzkhuidnzVYZj7 linkindən qeydiyyatdan keçməlidirlər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub