Azərbaycanlı və rusiyalı bəstəkar, pianoçu və musiqişünas Riad Məmmədov Rusiya Bəstəkarlar İttifaqının üzvü seçilib.
“İki sahil” xəbər verir ki, Rusiya Bəstəkarlar İttifaqının növbəti iclasında təşkilata yeni üzvlər seçilib. Onların arasında soydaşımız, bəstəkar, pianoçu və musiqişünas, caz və klassik musiqi əsərlərinin mahir ifaçısı Riad Məmmədov da var.
Riad Məmmədov Bakıda dünyaya gəlib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının və aspiranturasının “fortepiano” ixtisası üzrə məzunu olan həmyerlimiz, həm də bir çox beynəlxalq festivalların iştirakçısıdır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub