Bakıdakı Rus Evində pianoçu və bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
“İki sahil” xəbər verir ki, sərgidə həm tanınmış rəssamların, həm də bu sənət növünün gənc istedadlı nümayəndələrinin əsərləri nümayiş olunur.
Tədbirdə Bakı Musiqi Akademiyasının musiqiçilərinin ifasında dahi pianoçunun əsərləri səsləndirilib. Sonda tamaşaçılara SSRİ və Azərbaycanın xalq artisti Lütfiyar İmanovun S.Raxmaninovun romansını ifa etdiyi videoçarx təqdim olunub.
Sərginin kuratoru beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyeva olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub