ABŞ-li məşhur müğənni Keti Perri Kral III Çarlzın tacqoyma mərasimində səhnə alacaq.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı Kralın istəyi ilə bir gecə Vindzor qəsrində qalacaq.
Həmçinin, tacqoyma mərasimi zamanı "Take That" qrupu, müğənni Lionel Riçie, tenor Andrea Boçelli, Qalli bas bariton Sir Bryrn Terfel, müğənni Aleksis Ffrenç də iştirak edəcək.
Bildirilib ki, ifaçılar çıxışlarına görə isə yüksək qonorar alacaqlar.
Qeyd edək ki, tacqoyma mərasimi mayın 6-da gerçəkləşəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub