Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
İctimai Televiziyadan "İki sahil"ə verilən xəbərə görə, Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər.
Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub