Türkiyənin tanınmış aktyoru Selim Bayraktar həmkarı Emel Karaköse ilə evlənib.
“İki sahil” “Sabah”a istinadla xəbər verir ki, təxminən 5 ilə yaxın müddətdir ki, münasibətdə olan cütlüyün nikahı Antalyada hotellərin birində baş tutub.
Mərasimdən görüntülər sosial şəbəkələrdə yayılıb. Sevənləri 39 yaşlı Emel və 47 yaşlı Selimə təbrik mesajları yazıblar.
Qeyd edək ki, S.Bayraktar hazırda “Veda məktubu” serialında Ziya rolunda çıxış edir. Daha əvvəl isə “Muhteşem yüzyıl” (Sümbül Ağa), “Ufak tefek Cinayetler” (Edip) kimi məşhur seriallarda rol alıb.