“Ümidvaram ki, Ukraynada baş verənlər hər kəsdə, xüsusən də davam edən qırğına mane ola biləcək şəxslərdə məsuliyyət sarsıntısına səbəb olacaq”.
“İki sahil” xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin deyib.
O, Rusiya ilə Ukrayna arasında sülh danışıqları barədə bildirib: “Gedişat müsbət olmasa da, insan həyatının müqəddəsliyinə lazımi diqqət yetirən hər kəs üçün danışıqlar həmişə mümkündür və arzuolunandır. Danışıqlar zəiflik deyil, cəsarət əlamətidir. Papa Fransiskin dediyi kimi, dialoq xalqların taleyini əlində saxlayanların getməli olduğu əsas yoldur. Heç olmasa silahların toqquşmasını dayandırmaq olar. Çünki ədalətli sülh danışıqları vaxt tələb edir”.
Xatırladaq ki, Pietro Parolin ötən ilin iyulunda Kiyev, Lvov və Odessaya səfər edib.