19 noyabr 2024 10:43
89

İrlandiyalı mütəxəssis: "Vahid sağlamlıq" konsepsiyası bütün sektorları əhatə etməlidir

"Vahid sağlamlıq" konsepsiyası bütün sektorları əhatə etməlidir.

“İki sahil” xəbər verir ki, bunu İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohan COP29 çərçivəsində baş tutan "Vahid Sağlamlıq Konfransı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, iqlim böhranı yaxınlaşır:

"COVID-19 pandemiyası bir çox sahələrdə boşluqların olduğunu aşkara çıxarıb. Bu səbəbdən "Vahid sağlamlıq" konsepsiyası bütün sektorları əhatə etməlidir. Bütün sektorlar və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı önəm kəsb edir. Bununla bütün dünyada töhfə verə bilərik, daha dözümlü və davamlı gələcək üşün səylərimizi birləşdirə bilərik".