“Lənkəranda iyunun 10-da “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
“Yaxşı ki pandemiyanın öhdəsindən gələ bildik. Azərbaycan koronavirusla mübarizədə özünü yaxşı tərəfdən göstərib. Nəhayət, biz tədbirləri hər hansı məhdudiyyət olmadan keçirə bilərik. Aİ Nümayəndəliyi may və iyun aylarında bir sıra tədbirlər təşkil etməyi planlaşdırır”, - o vurğulayıb.
O əlavə edib ki, Lənkəran Aİ-nin “EU4Lankaran” və “EU4Culture” kimi layihələrində də təmsil olunur.
Bundan əlavə, nümayəndəlik Bakıda “Taste of Europe” (“Avropanın dadı”) tədbirini təşkil etmək niyyətindədir və bu tədbir çərçivəsində qonaqlar Aİ ölkələrinin mətbəxi ilə tanış ola biləcəklər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub