Yazıçı Məmməd Orucun Xalq şairi Fikrət Qoca haqqında xatirələr kitabı nəşr olunub.
“İki sahil” xəbər verir ki, “Naməlum Fikrət Qoca” adlı kitabda Xalq şairi Fikrət Qocanın geniş oxucu kütləsinə bəlli olmayan bir sıra xüsusiyyətləri yığcam xatirələr formasında toplanıb.
Kitab “Renesans–A” nəşriyyatında çap olunub.
Qeyd edək ki, bu gün saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda kitabın təqdimatı keçiriləcək.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu