Bakıda məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn və tanınmış pianoçu Səidə Tağızadənin iştirakı ilə “Sarayın sirləri” adlı konsert keçirilib.
“İki sahil” xəbər verir ki, konsert Şirvanşahlar Sarayı Kompleksində baş tutub. “Simurq” musiqi festivalının müəllif və rəhbəri Səidə Tağızadə, həmçinin Aviv simli kvartetinin yaradıcılarından biri, Xorvatiya, Sloveniya, Böyük Britaniyada ustad dərsləri keçmiş məşhur israilli skripka ifaçısı Yevgeniya Epşteyn Azərbaycan və Qərbi Avropa bəstəkarlarının görkəmli əsərlərini ifa ediblər.
Musiqili gecənin qonaqları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub