23 may 2023 17:23
276

Bu il Azərbaycanda 65,27 km uzunluğunda yeni dəmir yolu inşa edilib

Bu ilin əvvəlindən bu günə qədər Azərbaycanda 65,27 km uzunluğunda yeni dəmir yolu inşa edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bu dövrdə 10,51 km uzunluğunda dəmir yolu əsaslı təmir olunub, 6,68 km uzunluğunda köhnə relslər yenisi ilə əvəzlənib.

Eyni zamanda 18 stansiyada yan yolların təmir işləri aparılıb.

Qeyd edək ki, Azərbaycanda dəmiryolları üzrə baş yolların ümumi uzunluğu 2 960 km, stansiya və digər yolların uzunluğu 1 311 km-dir. Bu yollar üzərində 73 ədəd dartı yarımstansiyası, 2 068 ədəd körpü quraşdırılıb.