25 may 2023 17:40
178

"Tottenhem"ə "yox" dedi

"Feyenoord"un baş məşqçisi Arne Slot "Tottenhem"i çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

“İki sahil” xəbər verir ki, o, bu iddiaları təkzib edib və klubu ilə yeni müqavilə imzalamaq istədiyini deyib: "Haqqımdakı iddiaları eşidirəm. Bir çox komandanın mənimlə maraqlandığı yazılır. Amma mənim istəyim "Feyenoord"da qalmaqdır".

44 yaşlı mütəxəssisin baş məşqçiliyi altında "Feyenoord" 5 mövsüm sonra ilk dəfə Niderland çempionu olub. "Tottenhem"i isə müvəqqəti olaraq Rayan Meyson çalışdırır. O, bu vəzifədə Antonio Konteni əvəzləyib.