17 oktyabr 2024 16:07
106

UEFA Türkiyə klubunu cəzalandırdı

UEFA Türkiyənin "Başakşehir" klubunu cəzalandırıb.

“İki sahil” xəbər verir ki, buna Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turunun "Rapid"lə ev oyununda yaşananlar səbəb olub. 

Sözügedən matçda "Başakşehir"in azarkeşləri meydana yad əşyalar atıblar. UEFA Superliqa təmsilçisini 8 min avro məbləğində cərimələyib. Həmçinin kluba Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılması cəzası verilib.

Bu cəza "Başakşehir Fatih Terim" stadionunun Qərb bölgəsinin B blokunu əhatə edəcək. Bu sektora azarkeş buraxılmayacaq.

Qeyd edək ki, "Başakşehir" "Rapid"lə matçda 1:2 hesabı ilə uduzmuşdu. Komanda növbəti ev oyununu noyabrın 27-də "Petrokub"a qarşı keçirəcək.

Bunadək "Başakşehir" 3-cü turda "Kopenhagen"lə qarşılaşacaq.