26 may 2023 11:56
2554

Goranboyda şəhid ailələri ilə görüş keçirilib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qarqucaq kəndində şəhid ailələrinin üzvləri ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə rayon ağsaqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak edib.  

Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Anar Məmmədov bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir.

Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşdülər.

Milli Məclisin deputatı görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri də dinlədi. Əksər müraciətlər yerindəcə öz həllini tapdı.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Onu da qeyd edək ki, deputat Anar Məmmədov tərəfindən şəhid ailələri ilə görüşlər mütəmadi olaraq davam etdirilir.