19 may 2026 18:29
122

Polşa ordusu Ukrayna sərhədi yaxınlığında pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlimlər keçirir

Polşa Silahlı Qüvvələri Ukrayna ilə sərhəd yaxınlığında dronlardan istifadə etməklə təlimlər keçirir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Polşa ordusunun Operativ Komandanlığının mətbuat katibi Yatsek Qorışevski məlumat verib.

Polsat telekanalının məlumatına görə, açıqlamaya səbəb Ukrayna sərhədindən təxminən 18 kilometr məsafədə yerləşən Hrubeşuv şəhərinin sakinlərinin sosial şəbəkələrdə dronlarla bağlı videogörüntülər paylaşması olub.

Videoların yayılmasından sonra jurnalistlər baş verənləri izah etmək üçün hərbçilərə müraciət ediblər.

“Əmin edirəm ki, bunlar hava hücumundan müdafiə sistemlərindən istifadə edilməklə əvvəlcədən planlaşdırılmış hərbi təlimlərdir. Bu, Polşa sərhədini keçən hər hansı obyektlə bağlı deyil”, — deyə Yatsek Qorışevski bildirib.