29 may 2023 10:14
667

Ərdoğanın qələbəsi ayrı-ayrı ölkələrdə belə qeyd edildi - VİDEO

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsi Türkiyə və Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində də qeyd olunub.

“İki sahil” “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, bunlar arasında Belçika, Almaniya, İsveç, Liviya və Qətər var.

Sözügedən ölkələrdə yaşayan türklər küçələrə axışıb, Ərdoğanın qalibiyyətini bayram ediblər.