26 oktyabr 2026 18:56
131

Avropada növbəti erməni hoqqası keçmədi

Qarabağdakı keçmiş qondarma rejimlə əlaqəli iki erməni musiqi kollektivinin Avstriyanın paytaxtı Vyanada keçiriləcək festivalda iştirakı ləğv edilib. Separatçıların açıqlamalarına görə, guya bu qərarın arxasında bir neçə ölkənin diplomatik nümayəndəliyinin müdaxiləsi dayanır.

Hadisə noyabrın 27-30-da Vyanada keçirilməsi nəzərdə tutulan XVI Beynəlxalq Milad Xor Festivalı ilə bağlıdır. Festivalın təşkilatçısı Dünya Festivallar Assosiasiyası (WOFA) artıq cəhənnəmə vasil olmuş Qarabağdakı separatçı rejimin qondarma “Biz və bizim dağlar” “dövlət mahnı və rəqs ansamblının” iştirakını ləğv edib. Beynəlxalq səviyyədə bu cür ifşadan sonra ermənilər çaşbaş vəziyyətə düşsələr də “ənənəvi” abırsızlıqlarını işə salıblar.

Anlaşılmaz hal odur ki, erməni kollektivləri festivala əvvəlcədən "rəsmi" dəvət alıblar və təxminən üç ay ərzində xüsusi proqram hazırlayıblar. Lakin tədbirə bir aydan bir qədər artıq vaxt qalmış onların Vyanaya səfər planı pozulub. Oktyabrın 21-də təşkilatçılar erməni tərəfinə onların iştirakının ləğv edildiyini bildiriblər. Bundan sonra tarixin zibilliyinə atılmış qondarma “artsax mədəniyyətinin qorunması mərkəzi” adlı təşkilatın rəhbəri Apres Markaryan WOFA prezidenti Zoran Strezovski ilə yazışmalara başlayıb.

Yazışmalar zamanı məlum olub ki, festival təşkilatçılarına diplomatik kanallarla etirazlar daxil olub. Strezovskinin bildirdiyinə görə, hansısa səfirlikdən göndərilən məktubda erməni kollektivləri təhlükəli adlandırılıb və onların festivaldan uzaqlaşdırılması təklif edilib.

Oktyabrın 23-də isə qalmaqalın daha ciddi təfərrüatları ortaya çıxıb. WOFA prezidentinin erməni təşkilatına verdiyi məlumata əsasən, məsələyə bir deyil, bir neçə səfirlik müdaxilə edib. Həmin diplomatik nümayəndəliklər erməni kollektivlərinin separatçı fəaliyyətlə əlaqələndirildiyini bildiriblər.  Lakin səfirliklərin hansı ölkələri təmsil etdiyi hələ rəsmən açıqlanmayıb.

Məsələ Ermənistan Xarici İşlər Nazirliyinin və beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətinə çatdırılıb.

Qarabağdakı keçmiş qondarma rejimin “ictimai şurası” da qalmaqala qoşulub. Həyasızlıqda ad çıxaran ermənilər festival təşkilatçılarının qərarını "demokratik dəyərlər"dən geri çəkilmənin "narahatedici" göstəricisi adlandırıb. İnsanlıqdan kənar vəhşi toplumun cinayətkarları utanmadan “demokratik dəyərlərdən” dəm vururlar.

Terrorçu qrupun nümayəndələri Ermənistan və Avstriya Xarici İşlər nazirliklərinə, UNESCO-ya, BMT-yə, Avropa Şurasına, ATƏT-ə və Avstriyanın müvafiq dövlət orqanlarına müraciət etmək niyyətində olduqlarını bildiriblər. Onlar sakit durmayıblar.

Qalmaqal o həddə çatıb ki, WOFA prezidenti Zoran Strezovski bundan bezərək bütün festivalın ləğvini təklif etməyə hazır olduğunu bildirib. Oktyabrın 24-də WOFA-nın təşkilat komitəsi məsələ ilə əlaqədar təcili iclas keçirib. İclasın yekun qərarı hələ ictimaiyyətə açıqlanmayıb.

Otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan, on minlərlə azərbaycanlını qırıb-çatan, ölkəmizin sərvətlərini talan edən qondarma rejimin cinayətkarlarının bu gün mədəniyyət adı altında beynəlxalq tədbirlərdə təmsil olunması beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzə qarşı cinayətin davamıdır. Belə görünür ki, daşnaklar düzələn deyil, necə bitiblərsə eləcə də itəcəklər. Çünki bunların zəhərli təfəkkürü iki yüz əvvəldə qalıb və bircə addım da irəli getməyib. Nahaq yerə bu vəhşi toplum Yer kürəsinin “qara yara”sı adlandırılmayıb. Sakit yaşamaq istəmirlər, ləpirləri harada görünsə deməli, orada qan, ölüm və işğal var.

Ona görə də beynəlxalq təşkilatlar ermənilərlə bağlı bütün məsələlərnin həssaslığını nəzərə almalı, hansı adlar altında fəaliyyət göstərən kollektivləri tədbirlərinə dəvət etdiklərini dərindən araşdırmalıdırlar.

 Nəhayət, yüz illərdir özgələrə quyu qazan terror toplumu indi həmin quyuya özü düşür. Həmişə Avropanı özlərinə “çətir” hesab edən daşnak qalıqları yəqin nə qədər böyük səhvə yol verdiklərini başa düşəcəklər. Ancaq çox gecdir.  Artıq dünyada dərindən anlayıblar ki, harada erməni varsa, deməli, orada ölüm, terror, qan və oğurluq var.

Vəli İlyasov, “İki sahil”