01 iyun 2023 11:15
593

Laçın  şəhərinin baş  planı hazırlanıb

Azərbaycanın rəşadətli ordusu qanı, canı bahasına öz torpaqlarını işğaldan azad etməyi bacardı. Xalq, dövlət, ordu birliyi öz bəhrəsini verdi. Ali Baş Komandanın uğurlu ordu quruculuğu ilə və zəfərimizin təməli qoyuldu.  Üç rəngli bayrağımız Qarabağ səmasını bəzədi. Azərbaycan Respublikası 2020-ci il dekabrın 1-də Ermənistanın işğal altındakı Laçın rayonunun rəsmi şəkildə geri qaytardı. Erməniləri sayca 7- ci rayondan çıxarılması  Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış butun ərazilərin azad edilməsini başa çatdırdı. İşğaldan azad olunmuş torpaqlarda yenidənqurma işləri başladı. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyeva  Laçın şəhərinin başplanı təqdim olunub.  Baş plan Bakı Dövlət  Layihə İnistitutu tərəfindən – İşverənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb. Laçın özünəməxsus füsünkar təbiəti və rənga-rəng landşaftı olan şəhərdir.   Burada turizmi inkişaft etdirmək mümkündü. Həmçinin idman, və sağlam həyat  imkanları çoxdu. Laçın Beynəlxalq hava limanının yaxınlığında, Beynəlxalq və respublika əhəmyyətli  yolların kəsişməsində  yerləşdiyi  üçün şəhər regyona giriş qapısı  funksiyasını daşımağa malik olacaq. Şəhərin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası hədəf götürülməklə zonalaşdırılıb.  Növbəti 20 il ərzində Şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı praqnozlaşdırılıb.

Baş planın əsasını  “ Təbiətlə vəhdətlə olan şəhər”  yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmə, ekaloji ərazinin mühafizəsi, yaşıl enerji və s. daxildir. Plana əsasən  Laçın şəhəri  “ ağıllı idarəetmə” müasir  qabaqcıl təhsil, davamlı və innovatis  mərkəzə çevriləcək. Baş planın layihəsidə təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixan mövcud olmuş təxminən 258 hektar ərazisində həyətyani sahəsi  olan fərdi evlərə üstünlük  verilir. Həmçinin digər yaşayış ərazilərində coxmənzilli  binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, işğal və Zəfər  muzeylərinin yerləşəcəyi  Memorial Park, məktəbəqədər  və tam orta təhsil müəsisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektləri  də yaradılacaq.  “ 15 dəqiqəlik şəhər”  prinsipi  isə yaşayış məhəllərinin olmasını  aşağı sürətli yolların təşkilini nəzərdə tutaraq. Sakinlərin və qonaqların şəhər  daxilində rahat hərəkətini təmin edəcək. Əhalinin məşğuliyyətinin təşkili rayonun tarixi ənənələrinə əsaslanır.

Yaxın gələcəkdə burada ekaloji və səmərəli kənt təsərüfatı, tikinti, yüngül  və qida sənayesi, balıqçılıq  və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Xatırladaq ki, ərazinin coğrafi qurluşuna uyğun olacaq şəhərin özünəməxsus  simasının formalaşdırılmasında istifadə ediləcək  memarlıq layihələri həyata keçriləcək.

Nabat Rəfiyeva,
Bakı şəhəri, Xətai rayonu 316  saylı körpələr evi-uşaq bağçasının müdiri,
YAP Xətai rayon təşkilatının fəalı