04 iyun 2023 17:47
289

Azərbaycan və İsrail arasında dostluq əlaqələri tarixi köklərə söykənir

30 may 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında görüş keçirilib. Görüşdən sonra prezidentlərin iştirakı ilə “Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Prezident İlham Əliyev iqtisadi əlaqələrdən danışarkən deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. “Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”.Əliyev enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinin danışıqların mövzusu olduğunu bildirib. “Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük”. Prezidentlər kənd təsərrüfatı sahəsində İsrailin müsbət təcrübəsindən istifadə məsələlərini də müzakirə edib. Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə gəlincə Əliyev deyib ki, Azərbaycan bu sahədə fəal təmasların başlanılmasına şaddır. “Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.

Təhdidlərdən danışarkən Prezident Əliyev iki dövlət arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı qeyd edib.  “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır", o qeyd edib. Danışıqlarda qarşılılıqlı turist axını səviyyəsinin qaldırılması da müzakirə edilib. “Həftədə yalnız dörd təyyarə reysi var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək”. Prezident Əliyev Azərbaycanda yaşayan yəhudilərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışıb. “Onlar müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar” deyərək İlham Əliyev qeyd edib.

İsrail prezidenti Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu bildirib.“Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik” deyərək o, qeyd edib.

Azərbaycan və İsrail arasında dostluq əlaqələri tarixi köklərə söykənib. Bu əlaqələr inkişaf etdirilərək strateji tərəfdaş dövlətlər səviyyəsinə qaldırılmışdır. İki ölkə arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman, eləcə də müharibə və müharibədən sonrakı dövrlərdə İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş və bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etmişdir. Azərbaycanın İsraildən aldığı ən müasir silahlar qələbə qazanmağımızda böyük rol oynamışdır. Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. İsrailin neftə olan tələbatının 30-40 faizini Azərbaycan ödəyir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracaq.

30 may tarixində İsrail Prezidenti İsxak Hersaqın Azərbaycana səfər etməsi ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük təkan verəcək. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. Bu sahələrdə Azərbaycan İsrailin qazandığı müsbət nəticələrdən istifadə edəcək.

Müasirdünyadakibertəhlükəsizlikbütündövlətlərüçünənəsasməsələkimigündəmdədir. Kibertəhlükəsizlikdövlətlərinmillitəhlükəsizlikkonsepsiyasınaçevrilmişdir. Azərbaycanİsraildövlətiiləbusahədədəəməkdaşlığaböyükönəmverir.Müdafiə sənayesi sahəsində də ölkələrimiz arasında əməkdaşlıq inkişaf etdirilir. İsrail dünyada ən müasir silahlara malik ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq Azərbaycanın öz müdafiə və təhlükəsizlik qabiliyyətini müasirləşdirməyə kömək edəcək. İsrail Prezidentinin Azərbaycana səfəri çərçivəsində digər sahələrdə də əməkdaşlıq haqqında sənədlər imzalandı. Prezident cənab İlham Əliyev Azərbaycanla İsrail arasında mövcud əlaqələr və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycan və İsrail dövlətləri arasında mövcud dostluq əlaqələri ilə yanaşı, xalqlarımız arasında da tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı. Yəhudi icması əsrlərdir Azərbaycanda yaşayır, ölkəmizin inkişafı və tərəqqisi üçün bütün sahələrdə uğurla fəaliyyət göstərir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda yəhudi millətinin nümayəndələri də vuruşub və qəhrəmanlıqlar göstəriblər. İsraildə yaşayan azərbaycanlılar da iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, İsrail dövlətindəki Azərbaycan diasporunun nümayəndələri yəhudi mənşəli insanlardır.Müasir dünyada İsrail səhiyyəsi dünyada ən inkişaf etmiş sahələrdən biridir. Azərbaycanın Səhiyyə Nazirliyi ilə İsrail dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri arasında əməkdaşlıq haqqında imzalanmış sənəd Azərbaycanın səhiyyə və tibb elminin inkişafına böyük töhfə verəcək.

M.Mikayılova,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü