Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycana səfərə gələcək.
Bu barədə "İki sahil"ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Hazırda xüsusi nümayəndə Klaar İrəvanda səfərdədir. Toivo Klaar regionda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması ilə bağlı müzakirələri davam etdirəcək.