17 iyun 2023 21:29
312

Azərbaycan – Estoniya: 1:1

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, “Dalğa Arena”da baş tutan görüşdə meydan sahibləri hesabı bərabərləşdiriblər - 1:1.

62-ci dəqiqədə künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.