Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin zərərinin azaldılması ilə bağlı daxili strateji yol xəritəsi hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə QSC-nin İdarə Heyətinin sədri Rüstəm Nəcəfov deyib.
Onun sözlərinə görə, əsas hədəf qısa müddət ərzində mənfəətə keçməkdir.
"Bu məsələlər investisiyalardan aslıdır. 2024-cü ildə "Şahdağ" Turizm Mərkəzinin ərazisində yeni otel fəaliyyətə başlayacaq. Bundan başqa, beynəlxalq, dünya kuboku səviyyəli yarışların keçirilməsi üçün (xizək yarışları üzrə) gələn həftədən xüsusi kanat yolu və yamaç yolunun tikintisinə başlanılacaq. Bunu nəzərə alsaq yüklülüyümüz artır, ancaq biz gəlirliliyimizi artırmağa çalışırıq", - R. Nəcəfov bildirir.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci ili 8,688 milyon manat zərərlə başa vurub. Bu, 2021-ci illə müqayisədə 37 % çoxdur.
Son nəticədə dövlət şirkətinin yığılmış zərəri 9,8 % artaraq 97,177 milyon manata çatıb.
"Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
Azərbaycan və Özbəkistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri “Caspian Agro Week”də nümayiş olunur
Məcnun Məmmədov Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə görüşüb