2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə 3 230 728 nəfər sərnişin daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.
“İki sahil” xəbər verir ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə 6 ay ərzində 3 075 520 nəfər sərnişin daşınıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 47% çoxdur.
Bölgələr üzrə sərnişin daşımada bu ilin əvvəlindən Bakı-Gəncə (Ağstafa)-Bakı marşrutu üzrə 125 772 nəfər sərnişin səyahət edib. Bu ilin mart ayının 18-dən etibarən ilk dəfə fəaliyyətə başlayan Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 9 704 nəfər sərnişin daşınıb.
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova