Hər şey 40 il əvvəl sentyabrın 19-da ABŞ-da bir araya toplanmış durğu ışarələrindən emoji kimi istifadə olunmaqla başladı.
Kompüter elmləri alimi Fahlman iki nöqtə, çıxma işarəsi və mötərizəni bir arada istifadə edərək , yumoristik bir fikiri ifadə edən ilk emojini hazırlamışdır. 40 il sonra, rəqəmsal dünyada söhbəti üz ifadələrinin və emojilərin şəkilli təsvirləri olmadan düşünmək mümkün deyil.
İfadələrin çevrildiyi mini ikona
Rəqəmsal mediada dil və ünsiyyət üzərində araşdırmalar aparan Almaniyanın Bonn Universitetindən dilçi Erika Linz : - "Onlar emosiyaların , hisslərin necə başa düşülməsinin lazım olduğunu vurğulamağa kömək edir"-deyə bildirib.
"Söz döyüşləri"
Üz-üzə ünsiyyətdə danışanın üz ifadəsi, jestləri və səs tonu bizə onların dediklərini, məsələn, nəyinsə ironik mənada nəzərdə tutulduğu barədə mühüm bir ipucu verir.
Birləşmiş Ştatların kompüter elmləri alimi Scott E. Fahlman 1982-ci ildə Pittsburq universitetində emosiyanı tətbiq edərkən, bunun rəqəmsal ünsiyyətdə anlaşılmazlıqların qarşısını almağa kömək edəcəyinə ümid etdiyini bildirib. Fahlman bu ilin əvvəlində Almaniyanın Frankfurter Rundschau qəzetinə deyib ki, o vaxtlar sistem əsasən sarkazma meylli insanlar tərəfindən istifadə olunurdu. Ancaq bir çox insanlar yazıların arxasındakı niyyəti başa düşməkdə çətinlik çəkirdilər və ciddi şəkildə cavab yazırdılar, nəticədə əsl "söz müharibələri" başlayırdı.
Lakin 19 avqust 1982-ci ildə Fahlman bu müharibələrin qarşısını almaq üçün fikirlərin zarafatla nəzərdə tutulduğunu göstərmək məqsədilə iki nöqtə, mənfi işarə və mötərizəni birləşdirməklə gülümsəyən üzü təsvir edərək rəqəmsal dünyada anlaşılmaz yazışmaların qarşısını aldı.
Emojilərin “qızıl dövrü”
Linz bildirib ki, bu gün emojilər yalnız ifadənin necə başa düşüləcəyini göstərmək üçün istifadə edilmir, həm də durğu işarələrini getdikcə əvəz edir. Məsələn, cümlənin sonunda nöqtə yerinə kiçik emoji işlədildikdə, fikirlər daha mənalı və xoşagələn olur. Və yaxud tez -tez istifadə olunan baş barmaq işarəsi bildirilən fikirə razılıq əlaməti kimi istifadə olunur və ünsiyyətə “qənaət” hesab edilir. Linzin tələbələri bu yaxınlarda “Instagram”-da məşhurların emojilərdən istifadəsini təhlil edərək, aktyor və aktrisaların siyasətçilərə nisbətən emojilərdən daha çox istifadə etdiklərini aşkar ediblər.
Bununla belə, Linz hesab edir ki, kiçik nişanlar rəsmi ünsiyyətdə getdikcə daha çox istifadə olunacaq . Bu da onu göstərir ki, emojilərin zəfəri qarşısıalınmazdır.
Leyla Şıxəli, “İki sahil”