23 sentyabr 2023 23:17
155

"Yuventus" məğlub oldu

"Yuventus" İtaliya A seriyasında 5-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Turin klubu "Sassuolo"nun qonağı olub və 2:4 hesabı ilə uduzub.

"Sassuolo" - "Yuventus" - 4:2
Qolar: Lauriente, 13 (1:0), Vida, 21-avtoqol (1:1), Berardi, 41 (2:1), Kyeza, 78 (2:2), Pinamonti, 82 (3:2), Qatti, 90+5-avtoqol (4:2)

Bu nəticədən sonra "Yuventus" 10 xalla 4-cü, "Sassuolo" 6 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 12 xala (4 oyun) "İnter" başçılıq edir. "Milan" 12 xalla (5 oyun) 2-ci, "Leççe" 11 xalla (5 oyun) 3-cüdür.