İtaliya A Seriyasında 8-ci turun oyunları keçirilir
“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 3 görüş oynanılıb.
Turin derbisində - "Yuventus" - "Torino" oyununda meydan sahibləri qələbə qazanıblar.
"İnter" "Bolonya" ilə heç-heçə edib. "Milan" isə "Cenoa"ya qalib gəlib.
"Cenoa" - "Milan" matçında hər iki komandanın qapıçısı qırmızı vərəqə ilə cəzalandırılıb. Ev sahiblərindən Xosep Martinez, qonaqlardan isə Mayk Menyan meydandan qovulub. Buna görə də görüşün son dəqiqələrində "Cenoa"nın qapısını qolkiper Nikolo Leali, "Milan"ın qapısını isə 5 əvəzetmə limiti doldurulduğu üçün hücumçu Oliviye Jiru qoruyub.
Qeyd edək ki, turnir cədvlinə 21 xalla "Milan" liderlik edir. "İnter" 19 xalla 2-ci, "Yuventus" 17 xalla 3-cü, "Bolonya" 11 xalla 8-ci, "Torino" 9 xalla 12-ci, "Cenoa" isə 8 xalla 15-cidir.
İtaliya A Seriyası,
8-ci tur
7 oktyabr
"İnter" - "Bolonya" - 2:2
Qollar: F.Açerbi, 11, L.Martines, 13 - R.Orsolini, 19-pen; C.Zirkze, 52
"Yuventus" - "Torino" - 2:0
Qollar: F.Qatti, 47, A.Milik, 62
"Cenoa" - "Milan" - 0:1
Qol: K.Pulişiç, 87
Qırmızı vərəqələr: Martinez, 90+13 ("Cenoa"), Menyan, 90+9 ("Milan")