Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın II dərəcəli “Dostluq” (“Dostık”) ordeni ilə təltif edilib.
“İki sahil” xəbər verir ki, mükafatlandırma mərasimi Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasından sonra baş tutub.
İclas iştirakçılarına Qazaxıstanın dövlət mükafatları və qurultayın xatirə medalları təqdim olunub.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə dialoq platformasının formalaşmasında və inkişafında xidmətlərinə görə bu ordenlə təltif edilib.
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib