“Son zamanlar Fransanın Cənubi Qafqazda aqressiv siyasətinin yeni təzahürləri meydana çıxıb”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələlə gətirəcək hadisədir: “Bunu ciddi şəkildə qınamalı və pisləməliyik”.
Deputat bildirib ki, Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək bir sıra əraziləri öz nəzarətində saxlayır: “Bu zülmə qarşı xalqların səsinə səs verməliyik. Ritorika səviyyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik”.
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır