“Qarabağ 30 il işğal altında qaldı. BMT-nin nəyisə dəyişməsini gözlədik. Amma nə BMT, nə ATƏT-in Minsk Qrupu bir şey etdi”.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Erzincan Bineli Yıldırım Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, nəhayət, Azərbaycan özü öz işini görməyi qərara aldı: “Türkiyə və Azərbaycan çiyin-çiyinə verdi. Nəticədə 30 ildə həllini tapmayan problem 44 gündə həll olundu”.
Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır