1993-2003-cü illərdə iqtisadi potensialın artırılması, praqmatik enerji strategiyasının həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi kimi amillər Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi.
“İki sahil” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 25-də keçirilən "Heydər Əliyev: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu" mövzusunda onlayn konfransda deyib.
YAP Sədrinin müavini bildirib ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasətinin davamçısı – Ümummilli Liderin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycana yeni uğurlar qazandırıb.
“Son 20 il ərzində Azərbaycanın təşəbbüsləri və liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılıb, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılıb, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edib”, - deyə Tahir Budaqov vurğulayıb. (AZƏRTAC)
Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır