Zəngəzurda Rusiya konsulluğunun açılması siyasi mesajlar ehtiva edir.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
Ermənistan XİN rəhbəri bildirib ki, İrəvan və Moskva bu məsələdə fəal əməkdaşlıq edirlər.
O digər ölkələrin də Zəngəzurda səfirlik açdıqlarını qeyd edib.
“İran artıq konsulluğunu açıb, Fransa belə bir niyyətini açıqlayıb. Digər maraqlı ölkələr də var”.
Nazir yekun razılaşma olmadığından həmin ölkələrin adını açıqlamayıb.
Mirzoyanın fikrincə, xarici dövlətlərin konkret regionda olması onun iqtisadi inkişafına kömək edir.
Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır