Ermənilər Cənubi Qafqaza gələndə tarixi abidələri dağıdıblar.
“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitabın II cildinin təqdimatı zamanı Milli Məclisin deputatı Musa Qasımlı deyib.
"Hesab edirəm ki, bundan sonra Azərbaycan sərhədlərindən kənarda olan tarixi-mədəni abidələrimizi araşdırmalıyıq", - o əlavə edib.
Deputat Fazil Mustafa isə deyib ki, bundan sonra artıq mədəniyyətlə qalib gəlmək lazımdır:
"Düşünürəm ki, bundan sonra gələcəyə baxmalı, bir növ, tarixdə, yəni keçmişdə gəzişmək məsələsi ilə qurtarmalıyıq".
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir