“Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması prosesini dəstəkləyir”.
“İki sahil” xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Bizim mövqeyimiz beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında məsələnin aydın, davamlı həllidir. Rumıniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən həyata keçirilən vasitəçilik səylərində maraqlıdır”, - o vurğulayıb.
Nazirin sözlərinə görə, Qara dəniz regionu ilə qonşu olan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması Rumıniya üçün çox vacibdir.
Bakıda Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir