Milli Məclisin deputatları – Azər Kərimli, Tural Gəncəliyev, Vüqar Bayramov və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün noyabrın 12-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.
Bu barədə “İki sahil”ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar qurumun Bürosunun, Siyasi, İnsan haqları və demokratiya, Enerji təhlükəsizliyi komitələrinin birgə iclaslarında iştirak edəcəklər, qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər noyabrın 14-də başa çatacaq.
Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir