Noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Pənahəli xan küçəsindəki bir sıra binaların bərpası və yenidən qurulması yüksək səviyyədə həyata keçiriləcək.
Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir