Cəlilabad rayonunda Zəfər Günü ilə bağlı gənclər fləşmob keçirib.
“İki sahil” xəbər verir ki, fləşmob 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar “Yaşasın Azərbaycan” tədbirlər planının icrasına əsasən baş tutub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən fləşmobda “Azərbaycan xəritəsi” yaradılıb.
Tədbirdə 350 gənc iştirak edib.
Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir