Zəngilan rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib.
“İki sahil” xəbər verir ki, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.
Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir