10 noyabr 2023 20:57
271

Blinkenlə Modi arasında görüş olub

Amerikanın dövlət katibi Entoni Blinkenlə Hindistanın baş naziri Narendra Modi arasında görüş baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyib, Fələstin-İsrail münaqişəsini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Siyasətçilərin görüşü Hindistanın Yeni Dehli şəhərində baş tutub.