10 noyabr 2023 23:12
347

Belçikalı tennisçilər danışılmış oyunlara görə diskvalifikasiya ediliblər

Tennisdə mənfi hadisələrlə mübarizə aparan müstəqil orqan yeddi belçikalı tennisçini danışılmış oyunlara görə diskvalifikasiya edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Sport-ekspress" qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Oyunçular arasında: Artur de Qrif , Romen Barbosa, Alek Vitmer, Arno Qress, Julen Dubel , Maksim Otom və Ömər Salman var.

Danışılmış oyunlara görə, idmançılar iki ildən dörd il 10 aya qədər olan müddətə yarışlardan kənarlaşdırılıb. Bundan əlavə, onlardan 30-45 min dollar arasında cərimə ödəmələri tələb olunub.